Qadın əri, qaynı və qaynanası tərəfindən döyüldü - İşə polis qarışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərinin Gülüstan qəsəbəsində 24 yaşlı Həsənzadə Züleyxa Çərkəz qızının döyülməsi faktı nəzarətə götürülüb.
Bu barədə BAKU.WS-in bölgə müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
"Gəncə şəhər sakini Həsənzadə Züleyxa Çərkəz qızının əri Bayraməli Həsənzadə, qaynı Turqay Həsənzadə və qayınanası Cəmilə Həsənzadə tərəfindən döyülməsi ilə bağlı məlumat daxil olub.
Faktla bağlı araşdırmalar aparılıb. Hər iki tərəfin izahatları alınaraq müvafiq ekspertiza təyin olunub.
Ekspertizanın rəyindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
Oxşar xəbərlər
Bakıda kişi gəlinini balta ilə vəhşicəsinə qətlə yetirdi - VİDEO
2019-cu il sentyabrın 23-də Xəzər RPİ-nə könüllü təslim olan şəxs əlindəki baltanı növbətçi hissəyə təqdim edərək gəlinini qətlə yetirdiyini etiraf edib. Araşdı...