PUA ilə Azərbaycana narkotik atdılar, götürmək istəyəndə ƏLƏ KEÇDİLƏR - ANBAAN GÖRÜNTÜ

İrandan Azərbaycana pilotsuz uçuş aparatı ilə (PUA) atılmış narkotiki götürmək istəyən şəxslər saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumatı yayıb.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə PUA səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən iki nəfər naməlum şəxs müşahidə olunub.
Sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılmış, xidməti ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılmış, Abşeron rayonu, Saray qəsəbə sakinləri – 2000-ci il təvəllüdlü Qurbanov İlqar Nuhbala oğlu və 1985-ci il təvəllüdlü Məhərrəmov Nemət Mollağa oğlu şübhəli şəxs qismində saxlanılıb.
Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Kişi arvadını və intim əlaqədə olduğu ustanı öldürdü - Cinayətin TƏFƏRRÜATI
Tərtər rayonunda 1979-cu il təvəllüdlü Cavad qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuranəni və onunla intim münasibətdə olduğu Sərxanı (adl...
