Psixiatriya Xəstəxanasında pasiyent döyülüb? - Polis araşdırmalara BAŞLADI
Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasında pasiyentin xəsarət alması iddia edilir.
BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, Masallı rayon sakini Telman Abdulhüseynov ailə üzvləri tərəfindən demensiya diaqnozu ilə xəstəxanaya aparılıb. O, noyabrın 29-da müəssisəyə yerləşdirilib.
Bu gün isə xəstə naməlum şəraitdə xəsarət alıb. T.Abdulhüseynovun oğlu bildirir ki, atasının aqressiv davranışları olmayıb. Onun sözlərinə görə, xəsarətlər xəstəxana əməkdaşları tərəfindən döyülmə nəticəsində yaranıb.
Xəstəxananın şöbə müdiri Xanım Hümmətova ittihamın əsassız olduğunu deyib. Onun sözlərinə görə, pasiyent döyülməyib, yıxılaraq xəsarət alıb.
Şikayət əsasında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları xəstəxanaya cəlb olunublar.
Pasiyentin xəsarətlərinin səbəblərini müəyyən etmək üçün müvafiq tibbi ekspertiza təyin edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda qızıl alıb saxta pul ödədilər - 8000 manatlıq DƏLƏDUZLUQ
Bakıda qızıl satışı ilə məşğul olan mağazaya qarşı dələduzluq edilib. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə mağaza sahibi İrfan Aşirov məlumat verib. Sahibkar...