Pərviz Bülbülə: "Rəşadın qəzaya düşdüyü avtomobil mənimdi"
Bir neçə gündür ki, Rəşad Dağlının qəzaya düşməsi haqda bir çox məlumatlar yayıldı. Bəziləri meyxanaçının dünyasını dəyişdiyini bəziləri isə ciddi xəsarət aldığını yazdı.
BAKU.WS qaynarinfo.az-a istinadən bildirir ki, Dağlı xəstəxanada müalicə alarkən bu haqda heç bir açıqlama verməsə də, həmkarı Pərviz Bülbülə məsələyə aydınlıq gətirib. Sən demə, Rəşad qəzada tək deyilmiş, yanında Pərviz də var imiş. Bülbülə özü bu haqda danışdı:
"Maşında Rəşadla birlikdə olmuşuq. Toydan gəlirdik. Maşın mənim olub, amma yorğun olduğuma görə yatmışdım. Mən sürmürdüm. Ayılanda gördüm ki, maşın fırlanır. Mən ayağımdan zədə almışam, Rəşadın da qolu sınıb. Yaxşıyıq. Təhlükəli bir şey yoxdur. Rəşadın vəziyyəti normaldır".
BAKU.WS
Oxşar xəbərlər
Rəşad Dağlının maşını qəzada bu hala düşdü (FOTO)
Tanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb. BAKU.WS məlumat verir ki, Bakı-Qazax yolunda qəzaya düşən meyxanaçı hazırda yaralıdır. APA-ya...