"Priora" ilə qırmızı işıqda keçən sürücü Nərimanov rayonunda ağır qəza törətdi - VİDEO

01
noy
2019
08:43
Bakının Nərimanov rayonunda iki nəqliyyat vasitəsi toqquşub. Hadisə Təbriz küçəsində baş verib.BAKU.WS APA-ya istinadla xəbər verir ki, Məmmədov Abdulla Akif oğlunun idarə etdiyi "Lada Priora" markalı minik avtomobili işıqforun qırmızı işığından keçib.Bu zaman o, əks yoldan gələn "Audi" markalı nəqliyyat vasitəsinə çırpılıb. Daha sonra "Audi" bir neçə metr irəliyə doğru gedərək ağaca çırpılıb. Bu zaman avtomobil yanmağa başlayıb.Əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin 2 briqadası və Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Yanan "Audi" markalı avtomobil söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“Nərimanov” metro stansiyası yaxınlığında qəza - Sürücü “Toyota”nı köşkə çırpdı - VİDEO
Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, qəza Ə.Rəcəbli və Təbriz küçələrinin...