Bakıda avtomobil işıqforun qırmızı işığından keçərək qəza törədib - VİDEO

03
okt
2019
08:24
Nəsimi rayonunda iki minik avtomobili toqquşub. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Rəşid Behbudov və Süleyman Rüstəm küçələrinin kəsişməsində qeydə alınıb.Belə ki, “BYD” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman Rəşid Behbudov küçəsində hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsi “BYD”-yə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.Hadisənin dəqiq təfərrüatları araşdırılır.
Oxşar xəbərlər
Bakıda "Range Rover" qəza törədib, xəsarət alan var - VİDEO
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Nəsibbəy Yusifbəyli küçəsi ilə...
