Bakıda "Range Rover" qəza törədib, xəsarət alan var - VİDEO

09
avq
2019
08:30
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.Belə ki, taksi kimi istifadədə olan "Ravon" və "Range Rover" markalı avtomobillər toqquşub.Hadisə şahidlərinin verdiyi məlumata görə, Nəsibbəy Yusifbəyli küçəsi ilə hərəkətdə olan 90-NC-500 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü qırmızı işıqdan keçib. Nəticədə qəza baş verib."Ravon"un sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Faktla əlaqədar əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Oxşar xəbərlər
“Range Rover”lə adam öldürən polis AZADLIQDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası...
