Prezident fantastik hərəkəti ilə yadda qalan azərbaycanlı futbolçunu əfv etdi (VİDEO)
Prezident İlham Əliyevin ötən gün əfv etdiyi şəxslər arasında futbolçu da olub.
BAKU.WS-in məlumatına görə, dövlət başçısının sərəncamına əsasən, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü ilə islah işlərinə məhkum edilmiş N.Novruzov cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Əhv edilən Novruzov Nurlan Zahid oğlu "Zirə" klubunun futbolçusudur. O, "Bakı" klubunda çıxış etdiyi vaxt avtomobili ilə yolu keçmək istəyən piyadanı vurmuşdu. Piyada bədən xəsarəti alsa da, həyatını xilas etmək mümkün olmuşdu. Amma buna baxmayaraq N.Novruzova qarşı cinayət işi qaldırılmış, ona yüngülləşdirici cəza - 1,5 il müddətinə islah işlərinə cəlb etmə cəzası kəsilib. Hücumçu cəzasının bitiminə təqribən 3 ay qalmış əfv olunub.
Nurlan Novruzov Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümündə 30 oyuna 15 qol vuraraq, bombardir olub.
Qeyd edək ki, Nurlan Novruzov "Xəzər Lənkəran" - "Bakı" matçında etdiyi qeyri-adi hərəkətlə hər kəsi heyrətləndirmişdi. Nurlan Novruzovun fantastik akrobatik hərəkəti haqda məlumatlar bir sıra xarici mətbuatda da yayılmışdı.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın icrasına başlanılıb. BAKU.WS-in məlumatına g...