Polkovnik Şair Ramaldanova ağır itki
Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanovun ailə üzvləridir.
BAKU.WS xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanova Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızıdır.
Qəzada yaralanan şəxslər də Ramaldanovun yaxın qohumlarıdır. Onlar, Bakı şəhər sakinləri - sürücü 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər, Arman və Adam Qoşqar oğlu Rəhimovlar və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimovdur.
Oxşar xəbərlər
Hövsanda teplovoz minik avtomobili ilə toqquşub
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. BAKU.WS Oxu.Az-a istiandən xəbər verir ki, gecə saatlarında "Volkswagen Touareg...