Polkovnik İlham Abbasov vəfat etdi
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının sabiq prorektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru, polkovnik İlham Abbasov vəfat edib.
BAKU.WS xəbər verir ki, İ.Abbasov 77 yaşında dünyasını dəyişib.
O, uzun illər prokurorluq və ədliyyə orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb. Biləsuvar, Qəbələ, Zəngilan, Qubadlı və Masallı rayonlarının prokuroru kimi fəaliyyət göstərib, daha sonra Baş Prokurorluğun mərkəzi aparatında xidmət edib.
2001-2017-ci illərdə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında əvvəlcə baş müəllim, daha sonra isə prorektor vəzifəsində çalışan İ.Abbasov 2017-ci ildən etibarən təqaüddə idi.
Oxşar xəbərlər
Yük maşını əks yola çıxıb taksi ilə toqquşdu: İki nəfər öldü, hamilə qadın xəsarət aldı
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Kəngərli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işinə baxıb. BAKU.WS-in məlumatına görə,...