Polislər hamilə qadını xilas etdi, doğulan uşağa onların adı qoyuldu - VİDEO

04
dek
2018
23:06
Avtoqəza zamanı həyəcandan doğum ağrıları başlayan hamilə qadına yol polisləri kömək ediblər. Yol patrul avtomobilinin müşayiəti ilə xəstəxanaya çatdırılan qadın, uşağı sağlam şəkildə dünyaya gətirib. Həkimlər hazırda oğlan uşağının vəziyyətinin yaxşı olduğunu bildiriblər.BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Mingəçevirdə baş verib.Qəza baş verən ərazidə polis əməkdaşlarına yaxınlaşan iki qadın avtomobillərdən birində hamilə qadının olduğunu, onu təcili xəstəxanaya çatdırmalı olduqlarını bildiriblər və polislərdən kömək etmələrini istəyiblər. Şəhərin Nəriman Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində yol qəzası zamanı minik avtomobilində olan Zərdab rayon sakini Aişə Heydərova Yol Patrul Xidmətinin əməkdaşlarının müşayəti ilə dərhal xəstəxanaya çatdırılıb.Mingəçevir şəhər mərkəzi Xəstəxanasının Doğum Şöbəsinə yerləşdirilən 28 yaşlı Aişə Heydərova doğuşunu sağlam şəkildə gerçəkləşdirib. Qəza zamanı həyəcan keçirən qadının oğlu dünyaya gəlib.Hazırda ana və oğlu həkim nəzarətindədir.Uşağa polislərin adı verildiyi bildirilir.BAKU.WS
Oxşar xəbərlər
10 gün əvvəl körpə dünyaya gətirən qadın xəstəxanada öldü - VİDEO
Bərdə rayonunda 10 gün əvvəl uşaq dünyaya gətirən qadın xəstəxanada ölüb.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hyadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasını...
