Bakıda yol polisləri hamilə qadını xəstəxanaya son anda çatdıra bildilər

Bakıda yol polisləri hamilə qadını xəstəxanaya son anda çatdıra bildilər
Hadisə 3529
Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları hamilə qadının həyatını xilas ediblər.BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, "Volkswagen" markalı, 90 AS 343 dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü Anatoli Finagenov Günəşli qəsəbəsi ərazisində 99 YP 286 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan yol polislərinə yaxınlaşaraq kömək istəyib. Sürücü bildirib ki, maşında hamilə qadın var və qanaxma başlayıb. Amma onu bu halda xəstəxanaya çatdıra bilməyəcəyini deyən sürücü YPX əməkdaşlarından kömək istəyib və müşaiyət edilməsini xahiş edib. Yol polisi inspektorları serjant Vüqar Məmmədov və serjant Samir Mirzəyev dərhal bu barədə Suraxanı DYPŞ-nin rəisinə məlumat veriblər. Rəisin icazəsi ilə inspektorlar patrul maşını ilə həmin sürücünü müşaiyət edərək qısa müddət ərzində "Beşmərtəbə" dairəsi yaxınlığındakı özəl klinikalardan birinə çatdırıblar. Həkimlərin müdaxiləsi nəticəsində qadının həyatını xilas etmək mümkün olub. Sürücü isə bu cür köməklik göstərdiklərinə görə yol polislərinə təşəkkür edib və bunu heç vaxt unutmayacağını bildirib.BAKU.WS

Son xəbərlər