Polis vətəndaşlardan 3 qumbaranı təhvil götürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi və tapılması ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, noyabrın 7-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ov tüfəngi, 3 qumbara, 12 ədəd müxtəlif çaplı patron və güllə atmaq üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanan əşya təhvil götürülüb, həmçinin, 3 ov tüfənginin tapılması təmin edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə 5 vətəndaşdan 6 ov tüfəngi aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
"Bandotdel"dən əməliyyat: Saxlanılanlar var - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr...