Polis ucarlı gənci axtarır

Polis ucarlı gənci axtarır
Hadisə 659

İtkin düşən Ucar şəhər sakini axtarılır.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Ucar şəhərində yaşayan 29 yaşlı Anar Səlimov bu il mayın 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 170 sm., saçı qısa qara rəngli, gözlərinin rəngi şabalıdıdır.

A.Səlimov evdən çıxarkən əynində göy rəngdə cins şalvar, narıncı rəngli uzunqol kofta, ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə və ya Ucar Rayon Polis Şöbəsinə (02021) 3-00-53 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər

Polis 82 yaşlı kişiyə görə müraciət etdi - FOTO

Polis 82 yaşlı kişiyə görə müraciət etdi - FOTO

Sumqayıt şəhəri Xəzər bağlar massivində yaşayan 82 yaşlı Yunus Hüseynov cari il yanvarın 31-də gəzmək adı ilə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. B...

150 Hadisə 14:46 25 avqust 2020

Son xəbərlər