Polis qayda pozan maşını saxladı, olanlar oldu

Polis qayda pozan maşını saxladı, olanlar oldu
Hadisə 2242

Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən “VAZ 21011” markalı avtomobil inzibati qayda pozuntusuna görə saxlanılmış.Həmin vaxt avtomaşında sərnişin qismində əyləşmiş Zaqatala rayonu Aşağı Tala kənd sakini İsmayıl Qurbanov üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Polis Şöbəsinə gətirilib. Üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd kibrit qutusunda 8 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.Ətrafında aparılan araşdırmalar zamanı İ.Qurbanovun həmin narkotik vasitəni Balakən şəhər sakini Abdulla Qallacovdan aldığı müəyyən edilib. A.Qallacovun yaşadığı evə baxış keçirilən zaman oradan 805 qram qurudulmuş marixuana, həmçinin qanunsuz saxladığı 16 kalibrli qoşalülə ov tüfəngi də aşkar edilərək götürülüb.O, ifadəsində həmin narkotik vasitəni yay aylarında rayonun Püştətala kəndi ərazisində əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini bildirib. Qeyd edilən əraziyə baxış keçirilən zaman 3 ədəd, ümumi çəkisi 185 qram olan çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Cənub bölgəsində böyük əməliyyat – SAXLANILANLAR VAR – FOTO

Cənub bölgəsində böyük əməliyyat – SAXLANILANLAR VAR – FOTO

Azərbaycanın cənub bölgəsində polisin keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik aşkarlanıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU...

4033 Hadisə 13:50 25 yanvar 2019

Son xəbərlər