Polis narkotikin gizli yetişdirilməsi üçün istifadə edilən tunel aşkarladı - ANAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Genişkənd kəndinin çöllük ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Rüstəm Əliverdiyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, baxış zamanı ayrı-ayrı məkanlarda xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilən 71 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
R.Əliverdiyev fərqli yerlərdə yetişdirdiyi çətənə bitkilərinə qulluq edən zaman qabaqcadan hazırladığı 4 xüsusi tuneldən istifadə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...