Polis narkotik satan Ruhiyyəni tutdu – FOTO

Polis narkotik satan Ruhiyyəni tutdu – FOTO
Foto
Hadisə 1536
Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini Ruhiyyə Tağıyeva tutulub.Onun üzərinə baxış keçirilən zaman güclü psixotrop təsirə malik 82,189 qram metamfetamin aşkar olunaraq götürülüb.R.Tağıyeva ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı satışı ilə də məşğul olduğunu etiraf edib.Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Bakıda “Qədim”i saxladılar – FOTO

Bakıda “Qədim”i saxladılar – FOTO

Sabunçu rayonunda ictimai-asayişin pozaraq vətəndaşa qarşı xuliqanlıq edən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinn mətbuat xidmətindən BAKU.WS-ə məlu...

865 Hadisə 10:45 24 may 2019

Son xəbərlər