Polis bu qadının axtarışına başladı - FOTO

Polis bu qadının axtarışına başladı - FOTO
Hadisə 1307

Ağstafa rayon Mərcimək kənd sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova cari ilin may ayının 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in yerli bürosuna verilən məlumata görə, G.Salahovanın əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir, qara uzun saçları var.

Evdən çıxarkən əynində qara idman paltarı, qara və ağ rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-22-5-25-52 şəhər və (099) 367-36-69 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər