Polis 32 milyon manatlıq narkotiki qanunsuz dövriyyədən çıxardı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi son 45 gün ərazində “qara bazar"da dəyəri 32 milyon manat olan 400 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti bildirib.
Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 45 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakıda və ölkəmizin digər bölgələrində silsilə əməliyyatlar həyata keçirilib.
Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri - Azər Bədəlov, Əmrah Əlizadə, Nurlan Bayramov, Elmin Məmmədov, tanışı Qüdrət Həsənov və Samirə Novruzəliyeva saxlanılıblar. Onlardan 20 kiloqram heroin, 29 kiloqram marixuana, 10 kiloqram tiryək və 8 kiloqram metamfetamin olmaqla, ümumilikdə 67 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən olublar. Qeyd edilən dövrdə Baş İdarə tərəfindən keçirilən əməliyyatlar zamanı ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 66 nəfər saxlanılıb.
Qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 32 milyon manat olan 400 kiloqram narkotik vasitə - heroin, tiryək, həşiş, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, metamfetamin, eləcə də 7300 ədəd metadon həbi çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Milli genefondumuza olduqca mənfi təsir göstərən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı DİN tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Oxşar xəbərlər
İrandan Azərbaycana göndərilən 13 milyon manatlıq narkotik aşkarlanıb - VİDEO
Baş Narkotiklərlə Mübarizə İdarəsi son 10 gün ərzində “qara bazar”da dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. Bu...