Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı, opera müğənnisi Bela Rudenko vəfat edib

14
okt
2021
13:15
SSRİ-nin xalq artisti, opera müğənnisi Bela Rudenko vəfat edib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, B. Rudenko bu gün 88 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, B.Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı olub.
Bela Rudenko 18 avqust 1933-cü ildə Ukraynada anadan olub. 1973-1988-ci illərdə Dövlət Akademik Böyük Teatrının opera şirkətinin solisti olub.
1992-ci ildə solo karyerasını başa vuran müğənni Bolşoy Teatr İnkişaf Fonduna rəhbərlik edirdi.
Oxşar xəbərlər
Azərbaycanın Xalq artisti vəfat etdi – FOTO
Xalq artisti, balet ustası Çimnaz Babayeva vəfat edib.BAKU.WS Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 74 yaşlı balet ustası dekbarın 23-də vəfat edib....