"Piter Elmar" hakim qarşısında

Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik və psixotrop maddələrin daşınması və saxlanılması) 182.2-ci (hədə-qorxu ilə tələb etmə,təkrar törədildikdə) maddələri ilə həbs olunaraq barəsində cinayət işi açılan kriminal aləmdə "Piter Elmar" kimi tanınan Elmar Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs hakim və prokurorun suallarını cavablandırıb.
Cinayət işində zərərçəkən kimi tanınan xanımın sərbəst ifadəsi dinlənilib.
Xatırladaq ki, Elmar Kərimov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Oxşar xəbərlər
Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürüb
Bu gün 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva İlə R .Behbudov küçəsi kəsişməsi ərazisindən yol-nə...