Pirşağıda obyektdən 6 min manatlıq oğurluq olub
10
iyl
2026
11:45
Sabunçuda obyektdən oğurluq olub.
BAKU.WS xəbər verir ki, Pirşağı qəsəbəsində yerləşən obyektlərdən birindən 1800 manat nağd pul və 4160 manat dəyərində noutbuk oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Fərid İdrisov saxlanılıb.
Araşdırmalar zamanı onun Sabunçu rayonu və paytaxtın digər ərazilərində də analoji oğurluq əməlləri törətdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb
Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S.-nin məhkəmə prosesi başa çatıb. BAKU.WS Xitab24.az-a istinadla xəbər verir ki, Naxçıvan MR Ağ...