Pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanıldı - FOTO

Pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanıldı - FOTO
Hadisə 15

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir zamanı rayon ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən bir nəfər müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.

Yasamal RPİ-nin 26-cı PB-də araşdırmalar davam etdirilir.

Pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanıldı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər