“İphone 14 Pro”ların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində 14 ədəd mobil telefonun qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə DGK-dan bildirilib.
Məlumata görə, “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postunun gəliş zalında şübhəli hərəkətləri ilə diqqət çəkən şəxs nəzarətə götürülüb. Həmin şəxs gömrük ərazisini tərk edərkən gömrükçülər tərəfindən saxlanılıb və yoxlama otağına dəvət olunub. Yoxlama zamanı onun üzərindən gömrük nəzarətindən gizlədilən 8 ədəd “İphone 14 Pro” və 6 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qanunsuz yollarla gətirilən külli miqdarda mobil telefon aşkar edilib
Gömrük əməkdaşlarının keçirdiyi kompleks tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla gətirilən mobil telefonlar və müxtəlif məhsullar aşkar edilib. B...