Paytaxtın mərkəzində təhlükə yaradan ağac kəsilib yerinə başqası əkildi - FOTO/VİDEO

Paytaxtın mərkəzində təhlükə yaradan ağac kəsilib yerinə başqası əkildi - FOTO/VİDEO
Foto Video
Hadisə 98

Paytaxtın Nəsimi rayonu, "28 mall" ticarət mərkəzinin yaxınlığında yerləşən ağac təhlükə saçır.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, əyilmiş ağac həm sürücülərin, həm də piyadaların həyatını riskə atır.

Sözügedən məsələ ilə əlaqədar Bakı Nəsimi Rayon Bələdiyyəsinə və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etdik.

Müraciətimizin ardından müvafiq qurumlar tərəfindən ağacla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lazımi rəy alınıb və ağacda budama işləri həyata keçirilib.

Daha sonra isə budanmış ağacın küləyin də təsiri ilə yenə təhlükə yarada biləcəyi nəzərə alınaraq kəsilib, yerinə yeni ting əkilib.

Sözügedən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər