Paytaxtın iki rayonunda mağazadan oğurluq edənlər saxlanıldılar
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Sabunçu rayonunda mağazaların birində talama faktı olub.
BAKU.WS xəbər verir ki, rayonun Maştağa qəsəbəsindəki marketin saxlanc yerində müştərinin gödəkcəsindən 1700 manat dəyərində qızıl-zinət əşyalatının oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı R.Cəfərov müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonunda isə bir nəfərə məxsus içərisində qızıl-zinət əşyası, 2 ədəd qol saatı olan çantanı talamaqda şübhəli bilinən X.Cəbrayılova da müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.