Paytaxtda sürücünün piyadanı vuraraq qaçdığı qəzanın DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ – VİDEO
11
sen
2018
15:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın piyada keçidi olmayan yerdən yolu keçən şəxsi avtomobil vurub.ARB TV xəbər verir ki, 36 yaşlı Natiq Quliyevin Nərimanov rayonu ərazisində Ziya Bünyadov prospektində yolu piyada keçidi olmayan yerdən keçmək istəyi ona baha başa gəldi.Nəticədə metronun 20 Yanvar stansiyası istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil onu vurub.Hadisədən sonra sürücü ərazidən qaçıb.Yaralıya isə ilkin tibbi yardımı şahidlər göstəriblər. Əraziyə Təcili Tibbi Yardım briqadası çağırılıb. Qəza səbəbindən yolda tıxac yaranıb. Yalnız DYP əməkdaşlarının müdaxiləsindən sonra Təcili Tibbi Yardım maşını hadisə yerinə gələ bilib. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlər xəstənin həyatı üçün təhlükə olmadığını bildiriblər.Piyadanı vuran sürücünü müəyyən etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 3 avtomobil toqquşub - 2 ölü, 2 yaralı
Lökbatan qəsəbəsindən paytaxta gələn yolda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS-in məlumatına görə, Səhiyyə Nazirliyinin əməkdaşı Sə...