Paytaxtda oğurluq edən 40 yaşlı qadın saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nərimanov rayonunda talama cinayəti baş verib.
BAKU.WS-in məlumatına görə, rayonun C.Hacıbəyli küçəsində yerləşən evlərin birindən 800 manat nağd pulun naməlum şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı qadın müəyyən edilərək saxlanılıb.
Nəsimi rayonunda isə parkların birində Göyçay rayon sakininin mobil telefon və geyim əşyasını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı Q.Həmidov da polis tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....