Paytaxtda motosiklet və skuter oğurlayan 6 nəfər saxlanılıb
08
avq
2025
14:23
Bakının Nizami rayonunda motosiklet və skuter oğurlayan 6 şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar. Qeyd edilən əməli törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.
Bundan başqa, vətəndaşların birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan daha 4 şəxs də tutulub.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlum...