Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi
TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası hadisəsi ilə bağlı araşdırma aparır.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, istifadə olunmuş dərman vasitəsindən müvafiq nümunələr götürülüb.
"Uşaqlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və diaqnozlarına uyğun müalicələri davam etdirilir. Onlardan 4-nün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - məlumatda vurğulanıb.
Qeyd edək ki, həmin uşaqlar hadisədən əvvəl respirator virus infeksiyası səbəbi ilə xəstəxanada müalicə alıblar.
Oxşar xəbərlər
Qarabağın bu bölgələrində yeni bağçalar TİKİLƏCƏK
İşğaldan azad edilmiş ərazilərdə məktəbəqədər təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində yeni layihə hazırlanır. BAKU.WS-in əldə etdiyi məlumata...