Daha bir rayonda yollar əsaslı TƏMİR OLUNACAQ

Daha bir rayonda yollar əsaslı TƏMİR OLUNACAQ
Sosial 90

Goranboy şəhərində yolların əsaslı təmiri nəzərdə tutulur. Layihə çərçivəsində yol örtüyünün yenilənməsi üçün zəruri torpaq işlərinin görülməsi, yol əsasının hazırlanması və müxtəlif tikinti materiallarından istifadə edilməsi planlaşdırılır.

BAKU.WS xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində yolların əsaslı təmiri işləri ilə bağlı satınalma müsabiqəsi elan edilib.

Layihənin ehtimal olunan dəyəri 424 min 700 manat təşkil edir.

Qeyd edək ki, məqsəd təmirə ehtiyacı olan yolların vəziyyətinin yaxşılaşdırılması, nəqliyyat vasitələrinin hərəkətinin daha rahat və təhlükəsiz təşkili edilməsidir. Yol infrastrukturunun yenilənməsi sakinlərin gündəlik gediş-gəlişini asanlaşdırmaqla yanaşı, avtomobillərin hərəkəti zamanı yaranan çətinliklərin və yol örtüyünün yararsız vəziyyəti ilə bağlı problemlərin azalmasına da töhfə verəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər