Qarabağın bu bölgələrində yeni bağçalar TİKİLƏCƏK
İşğaldan azad edilmiş ərazilərdə məktəbəqədər təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində yeni layihə hazırlanır.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Ağdam, Laçın və Cəbrayıl şəhərlərində ümumilikdə altı körpələr evi-uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
Layihəni Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi həyata keçirəcək.
Belə ki, Ağdam şəhərində 3, 4, 5 və 6 nömrəli, eləcə də Laçın və Cəbrayıl şəhərlərində hər biri 160 yerlik uşaq bağçalarının tikintisi nəzərdə tutulur.
Qeyd edək ki, layihələrin həyata keçirilməsi gələcəkdə həmin şəhərlərdə məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasına, uşaqların erkən yaşlardan təhsilə cəlb olunması imkanlarının genişləndirilməsinə və ailələrin sosial ehtiyaclarının qarşılanmasına töhfə verəcək. Eyni zamanda, yeni bağçaların tikilməsi doğma yurdlarına qayıdan sakinlər üçün sosial infrastrukturun inkişafı baxımından da əhəmiyyətlidir.
Oxşar xəbərlər
Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab
Bir neçə gündür həkimlər icbari tibbi sığorta tərəfindən müayinə və əməliyyatlara görə verilən ödənişlərin az olması ilə əlaqədar narazılıq ediblər. BAKU.WS Oxu...