Borcunu istəyəni döyüb, qulaq pərdəsini deşdi - Masallıda DƏHŞƏT
Masallıda həmkəndlisini döyən kişiyə cinayət işi açılıb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Qızılağac kəndində qeydə alınıb.
37 yaşlı Nəcəf İbrahimov (şərti adla) kənd ərazisində yol ilə gedərkən həmkəndlisi Əzizlə (şərti adla) qarşılaşıb. Söhbət zamanı Əziz ona verdiyi 100 manat borcunu geri istəyib. Bu səbəbdən tərəflər arasında mübahisə başlayıb və Nəcəf yumruq zərbəsi ilə Əzizi vuraraq yerə yıxıb. Nəticədə onun sol qulağının təbil pərdəsi deşilib, onda eşitmə zəifliyi yaranıb və bir sıra xırda xəsarətlər alıb.
Fakt əsasında Nəcəf İbrahimov saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu, dəymiş ziyanı ödədiyini və barışdıqlarını bildirib. Zərərçəkən Əziz də həmçinin şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və N. İbrahimov məsuliyyətdən azad olunub.
Oxşar xəbərlər
Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu
Azərbaycanda uzun illər əvvəl törədilmiş xüsusilə ağır cinayətləri sifariş verməkdə təqsirləndirilən, 1 saylı Taxıl Məhsulları Kombinatının keçmiş direktoru, "D...