Paytaxtda iki avtobus toqquşdu, 22 nəfər xəsarət aldı
Bakı şəhəri, Xəzər rayonu, Binə Savxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsində 22 nəfər xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumatda qeyd olunub ki, 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü qadının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə iyunun 24-də saat 07:40-da baş verib. "Hyundai" markalı, 88-BS-435 dövlət nömrə nişanlı avtobus Binə qəsəbəsi ərazisində 160 nömrəli xətt üzrə hərəkət edən İSUZU markalı, 77-JD-305 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılıb.
***
Paytaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub.
Qeyd edilib ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Qəza iki avtobusun toqquşması nəticəsində yaşanıb.
Hadisə zamanı hər iki avtobusa ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Oxşar xəbərlər
Dizinə antibiotik iynəsi vuran şəxs öldü
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, iyulun 23-ü saat 12 radələrində 1980-ci il təvəllüdlü şəhər sakini Sadiq Əbül...