Paytaxtda avtoxuliqanlıq edən daha bir motosiklet sürücüsü inzibati qaydada həbs edildi
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücü həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.
Qeyd edilib ki, paytaxtda yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan motosiklet sürücüsü Mirəliyev Kamal Mehman oğlu saxlanılıb.
O Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ələ keçirilib.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə K.Mirəliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 gün inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü eyni əmələ görə YENİDƏN SAXLANILDI
Paytaxt sakini Elyar Veyisov idarə etdiyi "Toyota" markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfin...