"Patı" satan Ağdam sakini saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ağdam rayon sakini, 38 yaşlı Orxan Aslanov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 300 qram "patı" və "şüşə" adlanan psixotrop maddə - metamfetamin, 285 qram heroin və təmiz çəkisi 3 kiloqram 120 qram olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs cinayət əməlini etiraf edib.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...