“Parkovşik”i təpikləyən qadın sürücü ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində "parkovşik"lərdən birinin qadın sürücü tərəfindən fiziki təzyiqə məruz qalması məsələsinə rəsmi münasibət açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə daxil olan məlumata görə, görüntülər yayılandan sonra xanım sürücü Sumqayıt şəhər Polis İdarəsinə dəvət edilib.
Həmçinin bildirib ki, onun barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görüləcək.
***12:36
Sumqayıtda "parkovşik"lərdən biri qadın sürücü tərəfindən fiziki təzyiqə məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Hadisənin Sumqayıtdakı “Karvan” ticarət mərkəzinin yanında baş verdiyi bildirilir.
Görüntüləri olduğu kimi təqdim edirik:
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...