Pambıq zavodunda qəza - Tualetə gedən qadını traktor vurdu

Pambıq zavodunda qəza - Tualetə gedən qadını traktor vurdu
Hadisə 885

Ötən gün Saatlı rayonunda pambıq zavodunda traktor işçi qadınlardan birini vurub.

BAKU.WS xəbər verir ki, hadisə dünən saat 15:30-da “P-Aqro” MMC-nin Saatlı pambıq emalı zavodunda qeydə alınıb.

Həmin zavodda işləyən 1969-cu il təvəllüdlü Şəhla Nəriman qızı Abasova anbarın yanında tualetə gedərkən 1975-ci il təvəllüdlü İlham Zahid oğlu Zeyniyevin idarə etdiyi traktor ilə vurulub.

Onun sağ budu sınıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər