Pambıq tarlasına getmişdi, maşınını kollektora aşırıb öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarda fermer pambıq tarlasına gedərkən ölüb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.
Belə ki, 66 yaşlı Əlizadə Əliyevin sükan arxasında olduğu nəqliyyat vasitəsi idarəetmədən çıxaraq şor kollektoruna aşıb. Maşında ölü tapılan, şəkər xəstəsi, ürəklə bağlı narahatçıllığı olan Ə.Əliyevin xəstəlikdən öldüyü ehtimal olunur.
Qeyd edək ki, rayonda pambıq tədarükü və emalı müəssisələrindən birinin sahə aqronomu olan fermer Ə.Əliyev özünə məxsuz əkin sahəsinə baxmaq üçün gedirmiş.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....