Özünü metroda qatar yoluna atan şəxsin kimliyi məlum oldu - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi Metronun “Neftçilər” stansiyasının platformasında özünü qatar yoluna atan şəxs barədə məlumat yayıb.
DİN-dən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.
Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.
Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.
Oxşar xəbərlər
Bakı metrosunda qorxulu anlar: Bir nəfər relslərin üstünə düşdü - VİDEO
Bu gün axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, naməlum şəxs metronun “Neftçilər” stansiyasında...