Özünü DSMF-nin sürücüsü kimi təqdim edib dələduzluq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 3 nəfərə qarşı dələduzluq edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Tural Quliyev vətəndaşlar - Habil Nəsirov, Rza Quliyev və Səbuhi İsmayılova özünü Dövlət Sosial Müdafiə Fondunun sürücüsü kimi təqdim edib. O, etibarını qazandığı şəxsləri müxtəlif dövlət qurumlarında sürücü vəzifəsinə düzəldəcəyini deyərək hərəsindən ayrı-ayrılıqda 3 min manat olmaqla, ümumilikdə 9 min manat pul alıb.
Daha sonra o, vədinə əməl etməyib.
Hadisə ilə bağlı hər üç şəxs Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. T.Quliyev saxlanılıb və vətəndaşlara vurduğu maddi ziyan ödətdirilib.
Oxşar xəbərlər
Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏ
Bakıda kişinin qardaşı arvadını öldürməsi ilə bağlı cinayət işinin təfərrüatları məlum olub. BAKU.WS xəbər verir ki, lent.az sözügedən dəhşətli qətlin istintaq...