"Öz maşınımdı, "xaltura" eləmirəm" - Reyddə gərgin anlar (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polis idarəsinin 8-ci və 13-cü tağımının əməkdaşları Dövlət Avtomobil Xidmətinin Yevlax və Mingəçevir regional şöbəsinin əməkdaşları ilə birgə Bakı-Qazax avtomagistralında və Yevlax-Bərdə avtomobil yolunda reyd keçirib.
BAKU.WS-in ARB TV-yə istinadən verdiyi məlumata görə, reyd zamanı qaydalara riayət etməyən bəzi sürücülər özlərinə haqq qazandırmağa çalışırdı.
Bu cür reydlərin mütamadi təşkil edilməsini istəyən sürücülər də oldu.
Avtomobil nəqliyyatında sərnişin və yükdaşıma xidmətləriylə məşğul olan, nəqliyyat vasitəsinin texniki müayinədən keçirməyən, maşrut qrafikini dəyişən sürücülər saxlanılıb. Qaydalara riayət etməyənlər barəsində inzibati protokollar tərtib olundu.
Qeyd edək ki, reydlər bir sıra rayon və şəhərlərdə avqustun 15-nədək davam edəcək.
BAKU.WS
Oxşar xəbərlər
"Bir qruşka pivə içmişəm" - Reyddə gərgin anlar (VİDEO)
Qazaxda 100-dən çox qanun pozucusu saxlanılıb. BAKU.WS-in ARB 24-ə istinadən verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən tə...