Ötən həftə 2048,7 hektar ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə avqustun 24-dən 30-dək 29 tank əleyhinə, 161 piyada əleyhinə mina, 689 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 2048,7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Oxşar xəbərlər
Sabirabadda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edilib
Sabirabadda narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 47 yaşlı Taryel Qasımov saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə D...