Ötən həftə 172 yanğın: 49 nəfər xilas edildi, 30 nəfər təxliyə olundu

Ötən həftə 172 yanğın: 49 nəfər xilas edildi, 30 nəfər təxliyə olundu
Hadisə 27

Ötən həftə 172 yanğın olub, 30 nəfər təxliyə edilib.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 172 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 49 nəfər xilas edilib, 3-ü azyaşlı olmaqla 30 nəfər təxliyə olunub, 9 nəfərin meyiti təhvil verilib.

Oxşar xəbərlər

"Azərpoçt"un yeni rəhbəri MƏLUM OLDU

"Azərpoçt"un yeni rəhbəri MƏLUM OLDU

"Azərpoçt" MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə təyinat olub. BAKU.WS xəbər verir ki, Manaf Babayev "Azərpoçt" MMC-nin İdarə Heyətinin (İH) sədri vəzif...

140 Hadisə 10:56 20 aprel 2026

Son xəbərlər