Ötən həftə 1504 ha ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə avqustun 4-dən 10-na qədər 48 tank əleyhinə mina, 95 piyada əleyhinə mina, 977 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1504 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Oxşar xəbərlər
Eyni binadan ikinci dəfə oğurluq etdi: Cinayət anı kameraya düşdü
Yasamal rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, naməlum şəxs mənzillərd...