Ötən gün vətəndaşların bank kartlarından 51 min manatdan çox pul oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 51 min manatdan çox pul oğurlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, aprelin 17-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 34427, 7050, 3970, 1500, 999, 830, 670, 500, 483, 303, 300, 250, 192, 85 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Nazirlik bir daha xatırladıb ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:
"Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında zərər vurulur. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
Oxşar xəbərlər
Rusiya-Ukrayna münaqişəsində azərbaycanlı həlak olub
Azərbaycanlı könüllü döyüşçü Rəşad Fəzail oğlu Məmmədov Rusiya-Ukrayna münaqişəsində ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, Xarkov vilayəti uğrunda...