Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox vəsait kiber üsulla oğurlanıb

Aprelin 15-də vətəndaşların bank kartlarından 32 min 306 manat oğurlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:
"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13700, 3450, 3017, 1827, 1600, 1396, 1288, 1140, 1121, 1010, 822, 493, 330, 303, 300, 221, 170, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".
DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir:
"Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
Oxşar xəbərlər
"Cibinə siqaret qoy" sözünə görə dostunu öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
Naxçıvanda sərxoş vəziyyətdə olan dostların mübahisəsi qətllə sona çatıb. BAKU.WS-in məlumatına görə, qətl hadisəsi Babək rayonunun Şıxmahmud kəndində baş veri...
