Ötən gün vətəndaşlardan dörd silah götürülüb
09
may
2024
10:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Polis əməkdaşları ötən gün vətəndaşlardan dörd silah götürüblər.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 8-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, üç tüfəng, iki patron darağı və 39 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Həmçinin ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan bir avtomat silahı, iki tüfəng, bir patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
Qanunsuz saxlanılan odlu silahlar polisə təhvil verilib
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Bu barədə BAKU.WS-ə Daxili İşlər...