Ötən gün həlak olan hərbçimiz dəfn olunub - FOTO

Ötən gün Göranboy rayonunda yol qəzasında həlak olan hərbçi doğulduğu torpaqda dəfn olunub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, müddətdən artıq xidmət edən Vahid Maarif oğlu Ərəblinski bu gün doğulduğu Zaqatala rayonu Aşağı Tala kəndində hərbi orkestrin müşayiəti və yaylım atəşi ilə dəfn edilib. Hərbçinin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, general Ərəblinskinin nəticəsi olan Vahid Ərəblinski ötən gün Göranboy rayonunun Buzluq kəndi ərazisində idarə etdiyi “Ural” markalı avtomobilin dərəyə aşması nəticəsində həyatını itirib.
Qalereya

Oxşar xəbərlər
Azərbaycan Ordusunun hərbi qulluqçusu qəzada həlak olub - RƏSMİ - YENİLƏNİB
Avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərə...