Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 5-ə çatıb

Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 5-ə çatıb
Hadisə 401

Ötən gün Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ağır yaralanan şəxslərdən biri xəstəxanada vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Məlumata görə, ötən gün hadisədən sonra xəstəxanaya gətirilən Almaz Məmmədova bu gün dünyasını dəyişib.

Beləliklə, Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər